Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında CEV Kubokunun 1/16 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.

O, noyabrın 30-da İzmirdə keçiriləcək “Arkas” (TUR) - “Neftohimik” (BUL) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri ingiltərəli Dominik BIEGAJLO və çexiyalı Roman MARSCHNER olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.