Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekrod.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana avrokubok oyununa təyinat alıb.

Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Türkiyənin “Vakıfbank” və Polşanın "LKS Lodz" klubları arasında keçiriləcək qarşılaşmada supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Martın 1-də Türkiyənin İstanbul şəhərində baş tutacaq matçın hakimləri isə macarıstanlı Halasz Tibor və rumıniyalı Visan Benonedir.

Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.