Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının çimərlik voleybolu üzrə meneceri Valeriya Romanoviçə etimad göstərib. "Rekord.az" xəbər verir ki, 
mütəxəssis Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolçuları arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokuna supervayzer təyin olunub.

Qeyd edək ki, 3-6 avqustda tarixlərində baş tutacaq beynəlxalq turnirdə ölkəmiz həm qadın, həm də kişi voleybolçularla təmsil olunur.