“Çempionluq möhtəşəm hissdir” - Cica
- 29 May 2023 15:02
- 424
"Çempion olmaq möhtəşəm hissdir".
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Redon Cica "Balkanweb" nəşrinə müsahibəsində deyib.
25 yaşlı albaniyalı hücumçu Ağdam təmsilçisinə uyğunlaşmağın çətin olduğunu bildirib: "Amma vaxt keçdikcə hər şey düzəldi. Növbəti mövsüm daha yaxşı olacağıma ümid edirəm. Bunun üçün əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.