Ölkə çempionatında bu gün keçiriləcək oyunlar təxirə salınıb. "Rekord.az" xəbər verir ki, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçiriləcəyindən noyabrın 7-də keçirilməsi nəzərdə tutulan qarşılaşmaların vaxtının dəyişdirilməsi qərarı alınıb.

Təxirə salınmış oyunların keçiriləcəyi tarix haqqında məlumat veriləcək.