Qadın voleybolçular arasında Azərbaycan çempionatında 13-cü turun daha bir oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları arasında olub.
İlk setdən təşəbbüsə yiyələnən “Abşeron” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, “AZERRAIL” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 27 xalla (9 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Qeyd edək ki, turun son oyunu fevralın 17-də keçiriləcək. UNEC öz meydanında “Gəncə” klubunu qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

13 fevral
Yüksək Liqa (qadınlar)
XIII tur
14 fevral
“Milli Aviasiya Akademiyası” - “Abşeron” 0:3 (10:25, 22:25, 17:25)

17 fevral
15:00. UNEC - “Gəncə” (UNEC-in idman zalı)