Çempion son turda bəlli oldu
- 16 May 2023 10:30
- 396
Yunanıstan Super Liqasında 2022/2023 mövsümü başa çatıb.
Rekord.az xəbər verir ki, çempion son turda müəyyənləşib.
Qızıl medallar uğrunda mübarizə AEK və "Panatinaikos" arasında gedib. Birincilər son turda "Volos"u 4:0 hesabı ilə darmadağın edibsə, ikincilər "Aris"lə matçda büdrəyib - 1:1.
Nəticədə AEK çempionluğu bayram edib. Bu, Afina təmsilçisinin 13-cü çempionluğudur. Yunanıstanın ən titullu komandası isə “Olimpiakos”dur. Piyer təmsilçisi 47 dəfə ölkə çempionu olub.