
"Çelsi"nin yeni forması FOTOLAR
- 07 İyl 2022 21:20
- 480
"Çelsi" 2022/23 mövsümündə ev oyunlarında geyinəcəyi yeni formasını təqdim edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim ənənəvi olaraq göy rəngdədir.
Onun yaxasında da elə bu rəngdə düymə var. Formanın boyun və qol hissələrində ağ zolaq yer alıb. Həmçinin bu zolaqların üzərində mavi rəngli bəzəklər qeyd olunub.
Bildirilir ki, London təmsilçisinin yeni formaları komandanın əfsanəvi çalışdırıcısı Ted Dreykə həsr olunub. Bu il onun "zadəganlar"a baş məşqçi təyin olunmasından 70 il ötür.