
“Çelsi”nin sabiq futbolçusu vəfat edib
- 06 Noy 2024 23:51
- 188
İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Con Dempsi vəfat edib.
Rekord.az xəbər verir ki, İrlandiya yığmasında çıxış etmiş müdafiəçi 78 yaşında dünyasını dəyişib.
Dempsi 1969-1978-ci illərdə "Çelsi"də çıxış edib. O, "zadəganlar"ın heyətində İngiltərə Kubokunu və UEFA Kuboklar Kubokunu qazanıb.