“Çelsi” yetirməsini satdı
- 11:22
- 39
"Çelsi" müdafiəçisi Trevo Çalobanın "Komo"ya transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu İtaliya klubu ilə müqavilə imzalayıb.
Bununla da Çalobanın "Çelsi"dəki 20 ilə yaxın karyerası başa çatıb. O, 9 yaşında London klubunun akademiyasına qoşulub. Trevo "İpsviç", "Haddersfild" və "Loryan"da icarə əsasında çıxış etdikdən sonra "Çelsi"nin əsas komandasına yüksəlib.
Müdafiəçi "Çelsi" ilə UEFA superkubokunu qazanıb, həmçinin Premyer Liqadakı debüt oyununda "Kristal Pelas"a qarşı qol vurub.
Çaloba DÇ-2026-da İngiltərə millisinin heyətində yer alıb.