Xorvatiyada güləş üzrə reytinq turniri sona yaxınlaşır.

Rekord.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizə aparıb.

Yunan-Roma güləş

63 kq

Yarışa 1/4 finaldan start verən Murad Məmmədov fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.

67 kq

Həsrət Cəfərov amerikalı Alexandro Sanço (3:1), isveçli Niklas Oehlen (9:0) və ukraynalı Oleksey Masiki (9:0) mübarizədən kənarlaşdırıb. Yarımfinalda Ukraynanı təmsil edən soydaşımız, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibova (2:4) məğlub olan Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldinlə güləşib və 5:1 hesablı qələbəylə turniri üçüncü pillədə başa vurub.

Qadın güləşi

57 kq

Jalə Əliyeva 1/8 finalda çinli Kexin Honqa məğlub olub – 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb – 4:14.