
"CBC Sport" Ağsu stadionuna baxış keçirəcək: Hansı klub ora köçür?
- 13:00
- 132
Misli Premyer Liqasının yayım hüququna sahibn "CBC Sport" növbəti mövsüm üçün bəzi stadionlarda olacaq və çəkilişlə bağlı mövcud şəraitlə tanış olacaq.
Telekanalın direktor müavini Şəmsəddin Abbasovun Rekord.az-a verdiyi məlumata görə, onların nəzərdən keçirəcəyi stadionlar sırasında Ağsu stadionu da olacaq.
Bu məqam isə diqqət çəkməyə bilməz. Çünki Ağsu stadionu AFFA tərəfindən əsaslı təmir edilsə də, bu rayonun Premyer Liqada təmsilçisi yoxdur. Belə olan halda "CBC Sport" ora niyə baş çəksin? Əldə etdiyimiz məlumata görə, "İmişli"nin bu rayonda oynamaq ehtimalı var. Çünki İmişli stadionunun təmirə bağlaacağı gözlənilir. Bu, baş tutarsa, "İmişli" bir müddət ev oyunlarını Ağsuda keçirəcək.