“Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın 10-cu turunda "Qəbələ"yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Rekord.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

- Komanda adından bütün azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçularlımıza da mintətdarıq. Çalışacağıq ki, irəli gedək.

- Rəqibə nə qədər qol vurmaq imkanı verdiniz. Müdafiə xəttinizdəki belə boşluqları nəylə əlaqələndirərdiniz? Bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır?
- Bizdə oyun praktikası sarıdan korluq çəkən futbolçularımız var. Bununla belə, bacardıqları oyunu nümayiş etdirdilər. 

- Hücum xəttiniz də çoxsaylı qol imkanları boşa verdi. Bu, nəylə bağlıdı?
- Bizdə bəxt amili hardasa çatmır. İstəkli, əzmkar oynadıq. Əzmkar qələbə qazandıq. Çalışacağıq ki, bunu davam etdirək. 

- Bir epizodda hakimə çox sərt iradınızı bildirdiniz. Hakimlikdən razı qaldınız?
- Hakimliklə bağlı heç bir problemimiz, iradımız yoxdu. Emosiyadı, oyunda olur. (sport24.az)