“Neftçi” futbolçusu Cabir Əmirlini icarəyə verib.

Rekord.az xəbər verir ki, 23 yaşlı müdafiəçi mövsümün sonunadək "Sumqayıt”da çıxış edəcək.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, ötən ilin yayında "Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm 5 oyunda meydana çıxıb.