
Bundesliqa klubunda yeni müqavilə
- 15 Mar 2022 11:20
- 482
Almaniyanın “Hoffenhaym” klubu hücumçusu Andrey Kramariçlə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı hücumçu ilə 2025-ci ilin iyununadək yeni sözləşmə imzalanıb.
2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edən 31 yaşlı forvard 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir. Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç "Hoffenhaym"da 211 oyun keçirib.