Almaniyanın “Ayntraxt” klubu yarımmüdafiəçisi Daiti Kamada ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni anlaşmanın müddəti 2023-cü ilin yayına qədərdir.

Yaponiya yığmasının da üzvü olan Kamada, 2017-ci ildən “Ayntraxt”ın uğurları üçün çalışır.