
Bu gün çempion müəyyənləşə bilər
- 13:20
- 32
Bu gün futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək.
Rekord.az xəbər verir ki, lider "Araz-Naxçıvan" turnir cədvəlində ən yaxın izləyicisi olan "Neftçi" ilə üz-üzə gələcək.
"Qırmızı-ağlar" matçdan xalla ayrılacağı təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Görüşü FİFA referiləri idarə edəcəklər.
Neftçi İK – Araz-Naxçıvan
22 may. Olimpik Star. Saat 14:00
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hidayət Feyzullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Yasamal Bakı – Baku Fire
22 may. Olimpik Star. Saat 16:00
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Əfqan Həmzəyev
U-19 – Şuşa
22 may. Olimpik Star. Saat 18:00
Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, Ramil Namazov
Hakim-inspektor: Azad Hüseynov