Bu futbolçular "Mançester Yunayted"dən ayırılacaq
- 11 Yan 2021 15:43
- 600
“Mançester Yunayted” iki futbolçusu – Serxio Romero və Markos Roxonun müqaviləsini yeniləməyəcək.
Rekord.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer yerli mətbuata açıqlamasında deyib.
Norveçli mütəxəssis, hər iki futbolçu ilə müqaviləni yeniləməyəcəklərini və onlara klub axtardıqlarını bildirib. Roxo və Romeronun yaxın zamanda Premyer Liqa klubundan ayrılacağı gözlənilir.
Hər iki futbolçu ilə “Boka Xuniors” klubu yaxından maraqlanır. Roxo və Romeronun “Mançester Yunayted”lə sözləşməsi mövsümün sonuna qədərdir.