
Bu bölgə klubu da yardım üçün AFFA-ya ağız açacaq
- 19 Avq 2022 14:00
- 626
AFFA-nın I Diviziona buraxdığı "İmişli" komandası hələ də maddi sıxıntı çəkir.
Rekord.az-ın daha öncə də xəbər verdiyi kimi, federasiyadan maliyyələşən digər komandalar kimi, İmişli təmsilçisinin də büdcəsi təsdiqlənməyib.
Bundan başqa, məlumat verdiyimiz kimi, İmişlidəki stadionun qazonu yararsız vəziyyətdə olduğundan, komanda diviziondakı ev oyunlarını qonşu Saatlıda keçirəcək. Bunun özü isə əlavə xərc deməkdir. Çünki yaxın rayon olsa da, müəyyən yol qət etməli, Saatlı Olimpiya İdman Kompleksi üçün stadion icarəsi ödəməlisən. Saytımıza daxil olan məlumata görə, İmişli təmsilçisi məhz bu xərclərin qarşılanmasına yardım üçün AFFA-dan xahiş edib.