Braziliya lider, Mərakeş ikinci oldu
- 04:00
- 28
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.
C qrupunda Braziliya Şotlandiya ilə, Mərakeş Haiti ilə qarşılaşıb.
Mayami stadionunda keçirilən Braziliya - Şotlandiya matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. "Sambaçılar"ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.
Mərakeş də Haitini məğlub edib. Atlanta stadionunda keçirilən matçda Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.
Qeyd edək ki, Braziliya seçməsi C qrupunu 7 xalla lider kimi başa vurub. Mərakeş 7 xalla ikinci, Şotlandiya 3 xalla üçüncü olub. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.