“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

Rekord.az xəbər verir ki, rəqib qapısından iki top keçirən gənc futbolçu təəssüratlarını bölüşüb:

“Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu. Xüsusilə mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, üçüncü qolu da vurmağa çalışırdım”.

Krivotsyukun yeni baş məşqçi Samir Abasovla bağlı suala cavabı belə olub: "Bu məşqçini çoxdan tanıyıram. Əvvəllər onunla işləmişəm. Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.