Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə”də bürünc medal uğrunda görüşə çıxacaq.

Rekord.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada fransalı Maksim Qobertə qalib gəlib.

Onun növbəti rəqibi Birləşmiş Ərəb Əmirliklərindən Narmandax Bayanmunx olacaq.

Eyni çəkidəki Kəramət Hüseynov, qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) medal şanslarını əvvəlki raundlarda itiriblər.

“Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq.