
“Bizi “Qarabağ”la ağır döyüş gözləyir” - “Lex”in baş məşqçisi
- 09 İyl 2022 16:42
- 433
Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçı öncəsi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib:
“Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm. Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ"la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyununa saat 20:00-da start veriləcək. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.