16 yaşadək (U-16) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində qaliblərin adları bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində həm qızların, həm də oğlanların final matçları keçirilib.
İlk olaraq meydana qızlardan ibarət “AZERRAIL-1” və “Şərqi Zəngəzur RVK” klubları çıxıblar. Maraqlı mübarizədə keçən bu görüşdə “AZERRAIL-1” rəqibini 3:0 hesabı ilə məğlub edərək  birinciliyin qızıl medalını qazanıb.
Daha sonra oğlanların finalı baş tutub.  Həlledici görüşdə “AZERRAIL” və “Murov Az Terminal-1” klubları üz-üzə gəliblər.  Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Murov Az Terminal-1” birinciliyin çempionu olub.
Qarşılaşmalardan sonra  mükafatlandırma mərasimi və çempionatın bağlanış mərasimi keçirilib.

4 may
Final
Qızlar
“AZERRAIL-1” - “Şərqi Zəngəzur RVK” 3:0 (25:17, 25:15, 25:08)
Oğlanlar
“AZERRAIL” - “Murov Az Terminal-1” 0:3 (18:25, 25:27, 13:25)