
Bir şalvara görə 7 nəfər tərəfindən döyüldü
- 18 Noy 2022 11:00
- 329
İyulun 24-də "Feyenoord" azarkeşlərinin "Lion"la yoxlama oyunundan sonra yaratdığı qalmaqalın təfərrüatları məlum olub.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, "Lion"un 2:0 hesabı ilə qalib gəldiyi görüşdə "Feyenoord"un 7 azarkeşi klubun digər bir fanatını döyüb. Buna səbəb isə həmin oğlanın oyuna başqa bir klubun - "Qroninqen"in loqosu olan şalvar geyinməsidir.
Matçın start fitindən yarım saat sonra 7 nəfər şəxs bu 21 yaşlı oğlana yaxınlaşıblar. Onlar oğlanı təhqir ediblər və döyüblər. Nəticədə sözügedən şəxs tribunaların arasında yıxılıb. Həmin 7 nəfərdən biri isə zərərçəkənin şalvarını çıxarıb. Daha sonra stadionun çıxışında da təhqir və qalmaqal davam edib. Oğlan isə polisə hadisə barədə məlumat verib və araşdırma aparılıb.
23-29 yaşlarında olan 7 şübhəlinin şəxsiyyəti müəyyən edilib. Onların hamısı nəzarət altına götürülüblər və izahatları alınıb. İstintaqın sonunda kimin hakim qarşısına çıxacağına prokuror qərar verəcək.