«Şamaxı»nın sabiq baş məşqçisi Rüstəm Əliyev yenidən əsas komandadan uzaqlaşdırılıb.

Rekord.az xəbər verir ki, ötən mövsümün sonuna yaxın sükan arxasına keçən və beləcə, Sənan Qurbanovu əvəzləyən gənc mütəxəssis fəaliyyətini budan sonra akademiyada davam etdirəcək.

Cavid Hüseynovun məşqçi korpusunda yer almasını istəmədiyi Əliyev aşağı yaş qruplarının koordinatoru təyin edilib.

Əslində, bu, məcburiyyətdən irəli gəlir. O, mayda birillik yeni müqavilə imzaladığından, klubun üzərinə öhdəlik düşüb.

Çünki Əliyev kontraktına ikitərəfli xitam verilməsi üçün kompensasiya istəmək haqqına sahibdir. Əks halda, məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır. (sportinfo.az)