Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı hakimə təyinat göndərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çempionlar Liqasının təsnifatının qarşılaşmasını idarə edəcək.

Zülfüqarov oktyabrın 12-də Rumıniyanın Qalati şəhərində kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələnin matçını idarə edəcək. O, Galati idman salonunda baş tutacaq “Arcada Galati” (Rumıniya) və “Hebar Pzardzik” (Bolqarıstan) klublarının görüşünün ikinci hakim olacaq. Matçın birinci ədalət təmsilçisi vəzifəsini isə sloveniyalı Blaz Markelj yerinə yetirəcək.