Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempinatının oyunlarını idarə edəcək. "Rekord.az" xəbər verri ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən həmyerlimiz D qrupunun qarşılaşmalarında meydana çıxacaq.

Estoniyanın ev sahibliyi etdiyi bu qrupda mübarizə avqsutun 16-da başlayacaq. Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları bu qrupda yer alıblar.