Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı hakimə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Fuad Ağayev avrokubok oyununa təyinat alıb.

Həmyerlimiz CEV kubokunun 1/16 final mərhələsinin matçını idarə edəcək.

Fuad Ağayev bu gün baş tutacaq kişi voleybolçular arasında "Dinamo Bucuresti" (Rumıniya) və "SVG Lüneburg" (Almaniya) klublarının qarşılaşmasında əsas hakimi olacaq. Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Husejnovic yerinə yetirəcək.