Beskorovaynıy yenidən "Neftçi"nin gündəmində! - ÖZƏL
- 10:34
- 48
"Sumqayıt"ın müdafiəçisi Danilo Beskorovaynıy yenidən "Neftçi"nin gündəminə düşüb. "Rekord.az" xəbər verir ki, ukraynalı futbolçunun hazırda yetərli oyun praktikası qazanması "ağ-qaralar"ın ona olan diqqətini artırıb.
Hazırda Sumqayıtda icarə əsasında oynayan müdafiəçi yayda geri - "Polesye"yə qayıtmalıdır. Azərbaycanda ilk olaraq "Neftçi"yə təklif olunan futbolçunu bakılılar əvvəlcə başqa komandada iş başında görmək istəmişdilər. "Sumqayıt"dakı performansı yaxşı qəbul edilən Danilo bu yay komandasını dəyişə, həmyerlisi Yuri Vernidubun sərəncamında ola bilər.