
“Beşiktaş”dan yeni transfer
- 19:20
- 42
Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Kayserispor"dan Gökhan Sazdağ heyətə cəlb edilib. 30 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
Gökhan Sazdağ 2021-ci ildən "Kayserispor"da çıxış edib.