
“Beşiktaş”dan İtaliya klubuna
- 30 Yan 2025 23:30
- 121
“Beşiktaş” Jan Onana ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, Türkiyə klubu kamerunlu futbolçusunu mövsümün sonunadək “Cenoa”ya icarəyə verib.
İtaliya klubu Onananı satınalma şərti ilə heyətinə qatıb.
Ötən mövsüm “Lans”dan 4 milyon avroya transfer edilen Onana, daha öncə Marsel “Olimpik”inə də icarəyə verilmişdi. O, “Beşiktaş”da 16 oyuna çıxıb.