“Beşiktaş”dan Avroliqada qələbə
- 06 Noy 2024 22:31
- 83
Türkiyənin "Beşiktaş" klubu Avropa Liqasında qələbə qazanıb.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.
"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.
"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.
4-cü turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.