
“Beşiktaş” Masuaku ilə yollarını ayırdı
- 30 İyn 2025 19:00
- 121
"Beşiktaş" futbolçusu Artur Masuaku ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi 2022/2023 mövsümündə İstanbul klubuna keçib. O, 2023/2024 mövsümündə "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Superkubokunu qazanıb.