"Benfika" kapitanı Nikolas Otamendi ilə müqavilənin uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.


37 yaşlı argentinalı futbolçu ilə yeni müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


Otamendi 2020-ci ildən "Benfika"da çıxış edir. O, komanda ilə Portuqaliya çempionatının, ölkə kubokunun və Portuqaliya superkubokunun qalibi olub.


Xatırladaq ki, Otamendi Argentina millisi ilə DÇ-2022-ni də qazanıb.