Portuqaliyanın “Benfika” klubunun 17 üzvü koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanlar arasında futbolçular da var. Amma onların sayı və kimliyi açıqlanmır.

Komanda 14 günlük karantinə alınıb. Lissabon təmsilçisinin bu müddət ərzindəki oyunlarının təxirə salınacağı gözlənilir.