“Belə oyunla heç nəyə nail ola bilmərik” - Borisov
- 05 Noy 2024 01:23
- 83
Bu gün keçirilən Bosniya və Herseqovina – Azərbaycan oyunundan sonra futzal millimizin baş məşqçisi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, o, 0:7 hesablı məğlubiyyəti belə şərh edib:
“Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq. Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu. İkinci hissədə isə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdü. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu. Ona “çox sağ ol” düşür. Əlindən gələ qədər köməklik etdi.
İşimiz çoxdur. Belə oyunla heç nəyə nail ola bilmərik. Düzdür, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdır. Bu baxımdan “Araz-Naxçıvan”ın üzvləri və milliyə bir müddətdir dəvət olunan futzalçılar nisbətən seçilirlər.
Oyunu təhlil edəcəyik. Sabah daha yaxşı oynamalıyıq. Rəqibimiz atletik cəhətdən seçilir. Topla da yaxşı oynayırlar”.