Belə getsə...
- 13:00
- 26
"Bursaspor"un böyük ümidlərlə transfer etdiyi Toral Bayramlı hələ də ümidləri doğurultmur.
Rekord.az xəbər verir ki, həmyerlimiz hələ də əsas heyətin daimi sakininə çevirilə bilmir.
Əgər qışa kimi Toral vəziyyəti öz xeyirinə dəyişə bilməsə, qışda onun başqa kluba icarəyə verilməsi gündəmə gələ bilər. Çünki "Bursaspor" rəhbərliyinin tələbi budur ki, gəlmə futbolçular yerlilərdən mütləq seçilməlidir.