Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında mübarizə aparacaq Gəncənin yeni yaranan komandasına artıq baş məşqçi də təyin olunub. "Rekord.az" xəbər verir ki, bu posta Belarus millisinin baş məşqçisi Sergey Çesnoviçki təyin olunub.

Təcrübəli mütəxəssislə artıq rəsmi müqavilə də imzalanıb. Çesnoviçki Azərbaycanda fəaliyyətə başlamağını yüksək dəyərləndirib və bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir.

"Əminəm ki, biz tezliklə yeni komanda formalaşdırıb, intensiv məşqlərə start verəcəyik. Hazırda komandaya iki oyunçu cəlb olunub. Digər oyunçuların Belarus və rusiyalı oyunçularından cəlb olunacağını düşünürəm. Burada önəmli olan davamlılıqdır. Düzgün məşqlər və böyük səylər nəticəsində istənilən hədəfə çatmaq olar. Bu komandanın uğurlarına inanıram", - deyə məşqçi qeyd edib.