
“Bayern” iki futbolçu ilə vidalaşdı
- 01 İyl 2025 12:40
- 243
"Bayern" müqaviləsinin müddəti başa çatan futbolçuları Erik Dayer və Leroy Sane ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Dayer "Monako"ya keçib və onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. "Qalatasaray"ın transfer etdiyi Sanenin isə yeni klubu ilə müqaviləsi 3 illikdir.
İngiltərə millisinin müdafiəçisi olan Dayer 2024-cü ildən "Bayern"də çıxış edirdi. Almaniyalı Sane isə 2015-ci ildən Münhen klubunda oynayırdı.