Almaniya çempionu “Bavariya” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Jerom Boatenq zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı müdafiəçinin Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində baş tutan “Borussiya” (Dortmund) ilə matçda sıradan çıxdığı diqqətə çatdırılıb. Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

“Bavariya” – “Borussiya” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.