Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Camal Musiala ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, 17 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək k i, Musiala bu mövsüm “Bavariya”nın heyətində 26 oyuna çıxıb, 4 qol vurub.