“Neftçi” növbəti transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi türk mərkəz müdafiəçisi Mert Çeliklə güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Mert Çelik icarə əsasında “Neftçi”də çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Müqavilə ilə Türkiyənin "Başakşəhər” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının da üzvüdür.