“Neftçi” klubu heyətini “Başakşəhər”in futbolçusu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Başakşəhər” klubundan Mert Çeliki icarəyə götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

20 yaşlı futbolçuyla müqavilənin müddətini 2025-ci ilədək uzadan “Başakşəhər” onu “Neftçi”yə icarəyə verib.

Azərbaycanın U-21 millisinin də üzvü olan futbolçunun “Neftçi” ilə 2 illik icarə müqaviləsi imzalayacağı bildirilir.