“Barselona”nın zədəli futbolçusu Ansu Fati tamamilə sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

17 yaşlı hücumçu artıq komanda ilə məşqlərə də başlayıb. Həkimlər onun tam gücü ilə məşq etməsinə icazə veriblər.

Qeyd edək ki, Fati bu ayın əvvəlində komandanın məşqi zamanı zədələnmişdi.