“Barselona” klubunun prezidenti Jozep Maria Bartomeu Lionel Messinin komandadan ayrılması ehtimalından danışıb.

Rekord.az xəbər verir ki, TV3-ə danışan 57 yaşlı futbol funksioneri, Messi ilə bir daha mübahisə etməyəcəyini deyib:

“Mən heç vaxt Messi ilə mübahisə etməyəcəm. Onunla aramızda olan məsələ artıq həll olunub. Messinin “Barselona”dan getməsinə icazə verə bilmədim.

O hələ də bizimlə olduğu üçün azarkeşləri təbrik etməliyik. Messi yeni baş məşqçimiz Ronald Kumandan məmnundur və bu da əhəmiyyətlidir. Messi “Barselona”da oynamağa davam edəcək”.