
“Barselona”nın hücumçusu zədələndi
- 16:30
- 47
"Barselona" futbolçusu Markus Reşford zədələnib.
Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Sevilya"ya uduzduqları La Liqanın VIII turunun oyununda sıradan çıxıb.
İngiltərəli forvard matçın sonlarında zədə alıb. Kataloniya təmsilçisi oyunçunun durumunun dəqiqləşməsi üçün onu müayinələrdən keçirməyi planlaşdırır.
"Barselona" sözügedən matçda 1:4 hesabı ilə uduzub.