"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.


Rekord.az xəbər verir ki, "Monako" ispaniyalı yarımmüdafiəçini icarəyə götürüb.


Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb. İspaniya millisinin üzvü 2025/2026 mövsümünü "Monako"nun heyətində keçirəcək.


Fati "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.