"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını "İnter"də davam etdirəcək.

Rekord.az xəbər verir ki, çilili yarımmüdafiəçi ilə 2 illik anlaşma əldə edilib.

Milan təmsilçisi 33 yaşlı futbolçunun keçidi üçün 1 milyon avro təzminat ödəyib. Katalonlar Vidalı 2018-ci ildə "Bayern"dən 18 milyon avroya transfer etmişdi. "Kolo Kolo"nun yetirməsi "Bayer" (Leverkuzen) və "Yuventus"da da çıxış edib.