“Barselona”nın hücumçusu Martin Breytveyt klubda qalmaqda qərarlıdır.

Rekord.az xəbər verir ki, 31 yaşlı danimarkalı “Barselona”da oynamağın karyerasında böyük şans olduğunu düşünür.

Bununla belə, kataloniyalıların rəhbərliyi futbolçu üçün təxminən 8 milyon avro ödəməyə hazır olan yeni klub axtarır.

Breytveyt yalnız yeni klubunu layiqli variant hesab edəcəyi halda “Barselona”dan ayrılmağa razı olacaq.

O, ötən mövsüm kataloniyalıların heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.